Bacısı Elza ilə küsmələrinin səbəbini açıqladı

22 Dekabr 2022 16:20

"Elza Seyidcahanla münasibətimiz soyuqdur. Harada insan varsa, orada hadisə var. Fikir ayrılığı olur. Konservatoriyanı oxumuşuq, hərənin öz baxışı var. Bəzisini qəbul edir, bəzisini etmir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan "İndi başla" verilişində deyib. İfaçılıqla məşğul olan Rasimə bacısı ilə küsülü olduqlarını açıqlayıb:

"Hadisə oldu, mən də fikir bildirdim. Özümə yox, ona görə. Həm sənət, həm insan münasibətlərində yaşanır belə hadisələr. Mən də ona fikrimi kəskin bildirmişəm. O vaxtdan danışmırıq".

Milli.Az