Girov qoyduğu məbləğ qaytarılmadı

23 Dekabr 2022 05:44

Bu gün müğənni Gülşənin ikinci məhkəməsi baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi məhkəmədə iştirak etməyib. Gülşənin vəkili girov olaraq verilən 250 min lirənin geri qaytarılmasını tələb edib.

Hakim pulun qaytarılmasını rədd edərək, əksikliklərin tamamlanması üçün iclası 1 mart 2023-cü il tarixinə təxirə salıb.

Milli.Az