Sərnişin qadın sürücüyə hücum etdi, avtobusa zərər vurdu - VİDEO

22 Dekabr 2022 16:04

Türkiyənin İzmir şəhərində sərnişin avtobusu idarə edən qadına hücum edib.

Belə ki, sərnişin işıqforun qırmızı işığında sürücüdən qapını açmağı tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sürücü qadın isə təhlükəsizlik qaydalarını əsas gətirərək qapını açmaqdan imtina edib.

Nəticədə sərnişin sürücüyə hücum edib, avtobusa zərər vurub.

Yalnız polislər işə qarışandan sonra narazı sərnişin saxlanılaraq polis bölməsinə aparılıb.

Milli.Az