Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

22 Dekabr 2022 08:44

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Toyota Prius" markalı avtomobillər toqquşub. Ardınca "Mercedes" dəmir məhəccərə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, "Mercedes"də olan iki sərnişin yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az