Yaxın aylarda Ukraynanın müdafiə qabiliyyəti artacaq

22 Dekabr 2022 08:04

Yaxın aylarda Ukraynanın müdafiə qabiliyyəti artacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransında bildirib.

"Yaxın aylarda Ukraynanın müdafiə qabiliyyətinin necə artacağına dair dəqiq təsəvvürümüz var. Lakin bu barədə indi danışmayacam. Səbəbini bilirsiniz. ABŞ prezidentinə bu qərarına görə təşəkkür edirəm" - deyə Zelenski vurğulayıb.

Milli.Az