Baydendən Zelenskiyə: Putinə qarşı olmaq şərəfdir

22 Dekabr 2022 08:22

ABŞ Ukraynanın müdafiəsini və ədalətli sülh istəklərini dəstəkləməyə davam edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə deyib.

"Bilirsiniz, Putinin apardığı amansız müharibəyə qarşı sizin yanınızda olmaq şərəfdir", - Bayden söyləyib.

ABŞ prezidenti qeyd edib ki, bu müharibənin 300 gündür davam etdiyinə inanmaq çətindir:

"Çünki Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bir dövlət kimi mövcud olmaq hüququna qəddarcasına hücum edib, eyni zamanda günahsız Ukrayna xalqına da hücum edib. Ukraynalıları qorxutmaqdan başqa bir səbəb yoxdur".

Milli.Az