İrandan Səudiyyə açıqlaması: Hazırıq!

22 Dekabr 2022 08:40

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı Faysal bin Fərhanla görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə iranlı nazir özü mətbuata açıqlamasında deyib.

O, görüşün İordaniyada baş tutduğunu bildirib:

"Bağdadda başlayan danışıqlar prosesini davam etdirməyə hazır olduğumuzu açıqladıq. Səudiyyəlilər nə zaman normal əlaqələrə qayıtmağa hazır olduqlarını açıqlasa, İran bunu məmnuniyyətlə qarşılayacaq".

Milli.Az