Obama ABŞ qoşunlarının Əfqanıstandan nə vaxt çıxarılacağını açıqladı

13 May 2010 14:48
CNN xəbər verir ki, Ağ Ev sahibi ABŞ qoşunlarının 2011-ci ili iyulundan Əfqanıstandan çıxarılmağa başlanacağını söyləyib. Vaşinqtonda səfərdə olan Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşündə Obama qoşunların çıxarılmasınadək onları "Taliban"la "ağır mübarizə"nin gözlədiyini söyləyib.

Qeyd edək ki, bu ilin sonunadək Əfqanıstandakı ABŞ hərbçilərinin sayının rekord həddə çatdırılması nəzərdə tutulub: 98 min nəfər.

Milli.Az