Zelenski Baydendən kömək istədi

22 Dekabr 2022 07:55

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfəri zamanı ABŞ-li həmkarı Cozef Baydendən kömək istəyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski bunu Ağ Evdə keçirilən görüş zamanı Baydenə bildirib.

Belə ki, həmin köməyin böyük hissəsi hərbi sahəni əhatə edir.

Qeyd edək ki, Ukrayna Prezidenti ABŞ-də rəsmi səfərdədir. Bu, Zelenskinin müharibə müddətində xarici ölkəyə ilk səfəridir.

Milli.Az