Rövşanə "OD PÜSKÜRDÜ": "Min hoqqa çıxarılan yerdən..."

21 Dekabr 2022 23:23

"Bəzi kişilərdə belə bir problem var - qadını sıx, alçalt, əz, təhqir et, ayaqlar altına at... Qadın sözünü demək istədikdə isə "Sənin nə haqqın var?" deyib, əxlaq damğası yapışdıracaqlar".  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri "Ümid ilə gəl" ictimai-sosial verilişində ekspert qismində iştirak edən telejurnalist Rövşanə Ağasəfqızı deyib.  

Aparıcı ailəsində problemlərlə üzləşdiyi səbəbi ilə verilişlərə pənah gətirən həm qadınları həm də onların ərlərini tənqid edib:

"Mən bilmirəm, efir əxlaqsızlıq yuvasıdır ya nədir? Min hoqqa çıxarılan yerdən bəzilərinin heç xəbəri yoxdur, arvadlarından, qızlarından, bacılarından xəbərləri yoxdur. Efir ictimai və milyonların gördüyü yerdir".

Milli.Az