İrəvandakı səfirin Moskvaya göndərilməsi rəsmiləşdi

21 Dekabr 2022 22:22

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Rusiyaya səfir təyin olunması təsdiqlənib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ Konqresinin Senatında səsvermə keçirilir, lakin Treysi artıq 70-dən çox səs toplayıb. Bu isə onun təyinatı üçün bəs edir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden sentyabr ayında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.

Milli.Az