Bayden Ukrayna ilə bağlı göstəriş verdi

21 Dekabr 2022 21:15

ABŞ Prezidenti Co Bayden Ukraynaya 1 milyard dollar məbləğində hərbi yardımın ayrılması barədə göstəriş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, dekabrın 21-də Vaşinqton vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 23:00) Bayden ABŞ paytaxtına gedən ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə başlamalıdır.

ABŞ Prezidentinin sözlərinə görə, onların "müzakirə edəcəkləri çox şey var".

Milli.Az