Könüllülər aksiya iştirakçılarına isti geyimlər payladı - FOTO

21 Dekabr 2022 17:54

Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının dayandırılması, bu ərazilərdə ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən Xankəndi-Laçın yolunda başlayan etiraz aksiyası artıq on gündür davam edir.

Bölgədəki sərt hava şəraiti nəzərə alınaraq aksiya iştirakçılarına ictimaiyyətdən müxtəlif dəstək göstərilir. Belə ki, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına  paylayıb. Bölgədə sərt hava şəraitinin davam etməsi nəzərə alınaraq qarşıdakı günlərdə də aksiya iştirakçılarının müvafiq isti geyimlərlə təmin olunması nəzərdə tutulur.

Milli.Az