Buenos-Ayresdə Argentina millisinin dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən paraddan sonra 13 nəfər saxlanılıb.
Milli.Az report-a istinadən bildirir ki, polis həmin şəxsləri Obeliks abidəsinə girdikləri üçün tutub.
Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb. Bundan əlavə, çempionluq paradı zamanı 30-dan çox insan xəsarət alıb.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina seçməsi tarixində 3-cü dəfə titula sahib çıxıb.
Milli.Az