Şuşaya qar yağıb - FOTO

21 Dekabr 2022 09:24

Şuşa şəhərinə qar yağıb.

Milli.Az report-a istinadən xəbər verir ki, dünən günorta saatlarından başlayaraq yağan qar hazırda davam edir.

Yağıntı güclü olmadığından hələlik nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.

Qeyd edək ki, bu mövsüm Şuşa şəhərinə ilk qar noyabrın sonlarında yağmışdı.

Foto: Vüqar Xanlarov
Milli.Az