Məhkəmə Sibel Canla bağlı QƏRAR VERDİ

21 Dekabr 2022 13:16

Müğənni Alihanın 5 il öncə Sibel Cana qarşı açdığı məhkəmə işi nəticələnib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Alihan Sibelin oxuduğu "Kış masalı" mahnısının ona məxsus olduğu iddiası ilə sənətçini şikayət etmişdi.

Məhkəmə ifanın Alihana aid olmadığına qərar verərək, işi rədd edib.

Milli.Az