"Öyle bir geçer zaman ki": 70-ci seriya - VİDEO

18 Aprel 2012 11:01
Əli kapitan gördüyü mənzərə qarşısında şoka düşür. Karolinin sənədləri oğurlayaraq Kənanla birlikdə iş görməsi onu çılğına çevirir. Əli kapitan onların hər ikisindən izahat tələb edir. Lakin Kənan bu vəziyyətə hazırlıqlıdır. Kənanın adamları Əli kapitanı döyürlər.

Mete Nihalı görməyə getsə də, onu görə bilmir. Nihal təhlükədədir. Hakkının adamları ondan intiqam almaq istəyirlər. Nihal gözləmədiyi anda hücuma məruz qalır.

Soner uzun səfərə hazırlaşır. Lakin onun sirli davranışları Süleymanı əndişələndirir. İşlərini sığortalayan Karolin Sonerə müjdəli xəbəri vermək üçün ona zəng edir. Lakin telefonla Soneri tapa bilmədiyindən evinə gedir. Atasından Sonerin xaricə gedəcəyini öyrənən Gülay onu vaz keçirməyə çalışır. Qərarsız qalan Aylin də sonunda hamilə olduğunu Sonerə deməyə qərar verir.

Baş verənləri həzm edə bilməyən Əli kapitan böyük bir çılğınlığa əl atır.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.