PSJ Messi ilə müqaviləni uzadacaq

21 Dekabr 2022 08:24

Fransanın "Pari Sen-Jermen" futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqaviləni ilin sonuna qədər uzatmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Goal" portalı xəbər verib.

Məlumata əsasən, L.Messi artıq klubun prezidenti Nasser Əl-Xelaifidən PSJ ilə danışıqlara dəvət alıb. Portal qeyd edib ki, yaxın günlərdə tərəflər arasında danışıqlar aparılmalıdır.

L.Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Milli.Az