Makron Ukraynaya yeni silah tədarükünü açıqladı

20 Dekabr 2022 23:54

Fransa Ukraynaya "Crotale" reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri təhvil verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

"Son günlərdə Fransa artıq gördüyümüz işlərdən əlavə, əlavə silahlar, reaktiv yaylım atəşi sistemləri, "Crotale" və avadanlıqlar tədarük edib", - dövlət başçısı bildirib.

O, həmçinin Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lecornu ilə 2023-cü ilin birinci rübündə planlaşdırılan yeni silah və sursat tədarükü ilə bağlı müzakirələr apardığını bildirib.

Milli.Az