Rusiya sülhməramlılarının komandanlığı Şuşa-Xankəndi yolu ilə nəqliyyatın maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirilir.
Milli.Az konkret.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesi davam edir", - məlumatda deyilir.
Qeyd olunur ki, otuz müşahidə məntəqəsi gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb.
Milli.Az