Azərbaycanda partiya sədrinə təhlükəli silah hədiyyə olundu

20 Dekabr 2022 21:48

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin 60 illik yubileyi maraqlı müzakirələrə səbəb olub. Özünün 60 yaşını, rəhbərlik etdiyi siyasi təşkilatın yaranmasının isə 20 illiyini Bakının dəbdəbəli restoranlarından birində qeyd edən sabiq deputat aldığı hədiyyələrlə diqqəti öz üzərinə çəkib.

Siyasətçiyə yubiley tədbirində odlu silah hədiyyə olunub.

F.Quliyev həmin avtomatın ona kim tərəfindən və hansı məqsədlə bağışlandığını açıqlamayıb.

Apardığımız araşdırma nəticəsində silahın ABŞ istehsalı olduğu müəyyən edilib. M4 markalı bu silahdan ABŞ ordusu Əfqanıstanda keçirdiyi xüsusi əməliyyatlarda isifadə edib.

Milli.Az