Ömər Eldarov təltif edildi

20 Dekabr 2022 15:46

Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ö.Eldarov 1927-ci ilin dekabrın 21-i Dərbənd şəhərində anadan olub. Bu gün onun 95 yaşı tamam olur.

Milli.Az