"Avatar 2"yə baxan şəxs infarkt keçirib öldü

20 Dekabr 2022 20:02

Hindistanda "Avatar: suyun yolu" filminə baxan şəxs vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "NME" məlumat yayıb. Bildirilib ki, ekran işinə baxan şəxs infarkt keçirib. Kinoteatrda halı pisləşib huşunu itirən şəxs üçün qardaşı təcili yardım çağırıb, xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun bir müddət əvvəl koronavirusa yoluxduğu da ortaya çıxıb.

Qeyd edək ki, film artıq kassada 435 milyon dollardan çox qazanc əldə edib.

Milli.Az