Şahin Bağırov polkovniki işdən çıxardı - FOTO

20 Dekabr 2022 17:27

Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.  

Milli.Az qaynarinfoya istinadən bildirir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Milli.Az