Nailə Əsgərzadə İlon Maskla bir arada - FOTO

20 Dekabr 2022 18:10

Azərbaycan əsilli rusiyalı jurnalist Nailə Əsgərzadə amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskla bir araya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, görüş Argentina millisinin qələbəsi ilə başa çatan dünya çempionatının Qətərdə keçirilən final oyununda baş tutub.

Nailə görüşdən olan fotonu sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

"Argentina dünya çempionatının finalında Fransanı penaltilər seriyasında məğlub etdi. İlon Maskın matçla bağlı qiymətləndirməsi ilə razıyam: "Səhrada duel. Daha yaxşı oyun arzulana bilməzdi".

O, teleqram kanalında isə fotoya "Maskın tviterdə meydanda baş verənlərlə bağlı emosiyalarını necə paylaşdığını gördüm" deyə, şərh yazıb.

Milli.Az