Dünyaca məşhur reper Bakıya toya gəldi - VİDEO

20 Dekabr 2022 15:54

Azərbaycan əsilli məşhur qazax reper Jah Xalib (Bəxtiyar Məmmədov) yenidən Bakıya üz tutub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi paytaxt restoranlarının birində keçirilən dəbdəbəli toyda səhnə alıb.

İfaçı gecədə populyar mahnılarını səsləndirib.

Adı açıqlanmasa da, məclisin tanınmış iş adamlarının birinə aid olduğu bildirilib.

Milli.Az