"Anamın vəfatına qədər uşaq idim" - Nüşabə Ələsgərli

20 Dekabr 2022 15:00

Əməkdar artist Nüşabə Ələsgərli 7 il öncə vəfat edən anasından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Özəl" proqramında qonaq olan sənətçi valideynini itirdikdən sonra böyüdüyünü bildirib:

"Uzun müddətdən sonra son 2-3 aydır ki, özümü yaxşı hiss edirəm. Anam dünyasını dəyişəndə 2 ilə yaxın efirə çıxmadım. Allah ölənlərə qəni-qəni rəhmət etsin. O vəfat edəndə 48 yaşındaydım, bəlli bir statusum var idi. Amma nə qədər ki, anam sağ idi, mən o yaşımı hiss etməmişdim. İllər keçsə də, bioloji olaraq yaşım çatıb amma, onun yanında elə həmin uşaq idim. Anamı itirdiyim gün böyüdüm".

Milli.Az