Məşhur xorvat futbol azarkeşi İvana Knoll 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusu kimi "Qızıl top" mükafatının Fransa millisinin hücumçusu Kilian Mbappeyə deyil, Argentina yığmasının hücumçusu Lionel Messiyə verilməsindən qəzəblənib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "FIFA, sən "Qızıl top"u səhv adama verdin! Argentina qalib ola bilər, amma "Qızıl top"a Mbappe layiqdir", - Knoll sosial şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "Qızıl top"a layiq görülməyib, sadəcə finalın ən yaxşı oyunçusu seçilib. Argentina finalda Mbappeli Fransanı məğlub etdi (3-3, 4-2 pen.). Fransalı hücumçu yeddi oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib və turnirin bombardiri olub.
Milli.Az