Qaxda 26 yaşlı gənci avtomobil vurub

20 Dekabr 2022 08:37

Qax rayonunda 26 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

1996-cı il təvəllüdlü Tarverdiyev Fərid Yusif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az