21 yaşlı qız dəm qazından öldü

19 Dekabr 2022 20:18

Bakıda zəhərlənmə hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

21 yaşlı Zəhraxanım Firdivsi qızı Orucova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az