Zamiqin maraqlı "ifadə"si - VİDEO

19 Dekabr 2022 17:07

Müğənni Zamiq Hüseynov yeni trekini təqdim edib.

Sənətçi sözləri və musiqisi Zamiq Əliyevə məxsus "İfadə" adlı layihəsini izləyiciləri ilə bölüşüb. Pop ulduz bu dəfəki ekran işini yenə də rejissor Emin Muradova həvalə edib. Lirik balladada müxtəlif yaşda olan cütlüyün sevgi macərası, xoşbəxt rəqsi göstərilir.

Sadə süjet xəttli ekran işi Zamiqə məxsus musiqi platformalarında paylaşılıb.

Milli.Az