Dünyaca məşhur repçi Dreyk dünya kuboku çempionatında pul uduzub.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, musiqiçi qalib gəlmək üçün Argentinaya qoyduğu mərcdən 1 milyon dollar (təxminən 1,7 milyon manat) itirib.
Məsələ burasındadır ki, o, komandanın əsas vaxtda Fransa üzərində qələbə qazanacağına mərc edib, lakin komanda kuboku yalnız penaltilər seriyasında qazanıb.
Beləliklə, sənətçi 2,75 milyon dollar (təxminən 4,6 milyon manat) qazanmaq şansını əldən buraxıb.
Milli.Az