23 yaşında rekordlar qıran Mbappe - FOTOlar

19 Dekabr 2022 14:27

Ötən gün dünya çempionatının finalında Argentinaya uduzan fransızların futbolçusu Kilian Mbappe bir neçə rekord sahibi oldu.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hələ 23 yaşında olan ulduz forvard mundialların həlledici oyununda het-trik edən ikinci futbolçu kimi tarixə düşdü. 

İndiyə qədər bu rekordun tək sahibi İngiltərə yığmasının sabiq futbolçusu Ceff Herst idi. O, 1966-cı il mundialının finalında Almaniya ilə matçda 3 qol vura bilmişdi. 

Mbappenin digər rekordu isə finallarda 4 qol vurması ilə bağlıdır. İndiyə qədər iki finala çıxan 23 yaşlı oyunçu 4 dəfə rəqib qapılarına yol tapıb. O, 2018-ci il Rusiyada keçirilən mundialın həlledici oyununda Xorvatiyanın qapısına qol vurmağı bacarmışdı. 

Ötən günü daha 3 dəfə fərqlənən Mbappe bu göstəricidə finallarda 3 qol vuran Ceff Herst, Vava, Pele və Zidanı geridə qoydu. 

Kilian, həmçinin dünya çempionatları tarixində 12-ci qolunu da vurub. O, bununla Qabriel Batistuta, Qari Linekeri, Yurgen Klinsman kimi əfsanələri geridə qoyub. Qarşıda ən azı 3 dünya çempionatında oynayacağını nəzərə alsaq, Mbappenin bütün rekordları qıracağı gözləniləndir. 

23 yaşlı superulduz artıq bir çox göstəricilərdə tək rekord sahibidir. 
Milli.Az