Argentinalı azarkeş hər şeyi öncədən bilib? - FOTO

21 Dekabr 2022 21:01

Argentinalı futbol azarkeşi Xose Miqel Polankonun 7 il əvvəl yazdığı tvit böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, Qətərdəki finalı da izləyən Xose 2015-c ilin martın 21-də ingiliscə yazdığı tvitdə bu sözlər yazılıb:

"18 dekabr, 2022-ci il. 34 yaşlı Leo Messi dünya kubokunu qazanacaq və bütün dövrün ən böyük oyunçusu olacaq. 7 il sonra mənim bu postumu yoxlayın".

Qeyd edək ki, Argentina millisi bu gün 3-cü dəfə dünya çempionu olub və Lionel Messi turnirin ən yaxşı oyunçusu kimi 2-ci dəfə "Qızıl top" mükafatını qazanıb. (publika)

Milli.Az