İsrailin Rusiya ilə əlaqələri Ukraynanın dəstəyinə ciddi məhdudiyyətlər yaradır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.
Diplomat deyib ki, bəzi ukraynalı yəhudilərin İsrailin Ukrayna münaqişəsinə dair mövqeyindən narazılığından xəbərdardır:
"İsrailin Rusiya ilə təhlükəsizlik əlaqələri aşılması mümkün olmayan məhdudiyyətlər yaradır. Heç bir İsrail hökuməti bu marağı (Rusiya ilə əməkdaşlıqda - red.) heç kimin, o cümlədən ukraynalıların naminə təhlükəyə atmayacaq. İsrailin düşdüyü vəziyyət kövrəkdir".
Qeyd edək ki, "Haaretz" qəzeti Brüsseldəki mənbələrə istinadən İsrail NATO kanalı vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırdığını iddia edib.
Milli.Az