Gecə 2-də qapını sındırıb qadını hədələdilər

19 Dekabr 2022 10:25

Ağstafa rayonunda quldurluq hadisəsi baş verib.

Milli.Az bildirir ki, hadisə dekabrın 18-də saat 02 radələrində baş verib. İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə iş açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az