Argentinanın udmasına mərcdə bir çanta pul qoyan azərbaycanlı bloqerin SEVİNCİ - FOTO

19 Dekabr 2022 12:26

Xəbər verdiyimiz kimi, Qətərin Lusail stadionunda futbol üzrə Dünya çempionatının final oyununda Argentina penalti zərbəsi ilə Fransanı məğlub edib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov çempionatda Argentinanın qalib gəlməsi üçün mərcdə bir çanta AED (dirhəm - red.) pul qoyub. 

Nəticədə sözügedən ölkənin qalib gəlməsi Hüseynin maddi vəziyyətini iki qat yaxşılaşdırıb. 

H.Həsənov "Argentina dünya çempionudur. Mən plyusdayam (maddi vəziyyətini nəzərdə tutur)" deyə sosial şəbəkədə yazıb.

Milli.Az