Argentinaya 72 milyon veriləcək

19 Dekabr 2022 08:22

Xəbər verdiyimiz kimi, Argentina Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qızıl medallarını qazanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Argentina dünya çempionu titulunu qazanmaqla, 35 milyon funt-sterlinq əldə edəcək.

Bu isə Azərbaycan ekvivalenti ilə 72 256 800 manat deməkdir.

Qeyd edək ki, hazırkı məbləğ dörd il əvvəlki məbləğdən 5,6 milyon funt-sterlinq artıqdır.

Ümumilikdə FİFA turnirdə 32 ölkə üçün 362 milyon funt-sterlinq ayırıb.

Qeyd edək ki, Argentina millisi Fransanı məğlub edərək tarixində üçüncü dəfə munidalın qalibi olub.

Milli.Az