Ərdoğan Maskla görüşüb

19 Dekabr 2022 07:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə amerikalı iş adamı və "Twitter"in sahibi İlon Maskla görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Ərdoğan və Mask dünya çempionatının final matçında görüşüb.

Görüşdə Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç də iştirak edib.

Milli.Az