Mingəçevirdə mənzildə meyit tapılıb

18 Dekabr 2022 20:39

Mingəçevirdə mənzildə meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az