XƏBƏRDARLIQ: Azərbaycanın bu yolları buz bağlayacaq

18 Dekabr 2022 15:33

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, dekabrın 19-da əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

Milli.Az