Elektrik enerji təchizatı sazişi yeni iqtisadi faydalar gətirəcəkdir - Avropa komissarı

18 Dekabr 2022 12:14

Elektrik enerji təchizatı ilə bağlı imzalanan saziş yeni iqtisadi və sosial faydalar gətirəcəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varheyi yazıb.

O qeyd edib ki, 17 milyard avro məbləğində Avropa İnvestisiya Planı çərçivəsində Avropa Komissiyası, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizdə sualtı enerji kabeli layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalayıblar.

"Planlarımızın necə həyata keçirildiyini görəndə həmişə sevinirəm. Hamının mənafeyi naminə birləşməklə biz qarşılıqlı iqtisadi və sosial fayda gətiririk", - deyə o bildirib.

Milli.Az