Ukrayna Rusiya ilə münaqişədə uduzdu - Senator

18 Dekabr 2022 16:11

Ukrayna Rusiya ilə münaqişədə uduzdu, Kiyev silahlı qüvvələrindəki itkiləri kompensasiya edəcək heç nəyə malik deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Virciniya ştatının keçmiş senatoru Riçard Blek deyib.

"Ukraynada Baxmut uğrunda gedən döyüş tədricən Ukrayna ordusunun fəlakətinə çevrildi, çünki Rusiya gələn ilin əvvəli üçün uğurla hərbi qüvvələrini dörd dəfə artırmağa başlayıb", - Blek bildirib.

Milli.Az