Ayağına basdığını bəhanə edib musiqiçini ölümcül döydülər - FOTO

18 Dekabr 2022 15:31

Türkiyənin "Piiz" qrupunun üzvü Mehmet Dudarık tanımadığı şəxs tərəfindən hücuma məruz qalıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qrupun Ankarada baş tutan konsertindən sonra o, tanımadığı şəxs tərəfindən ayağına basdığı iddia edilərək döyülüb. Mehmet telefonla danışarkən şəxs arxadan yaxınlaşaraq ona hücum edib. Başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanaya aparılan nağaraçının vəziyyətinin ağır olduğu, reanimasiya yerləşdirildiyi bildirilib.

Hadisəni törədən şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az