Zelenski mühüm beynəlxalq tədbirin anonsunu verdi

18 Dekabr 2022 13:11

Prezident Volodimir Zelenski mühüm beynəlxalq tədbirləri açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o, axşam videomüraciətində bildirib.

"Biz artıq yaxın gələcək üçün planlaşdırılan, təkcə ənənəvi siyasi auditoriyaları deyil, həm də sülhə dəyər verən və Rusiyaya qarşı müdafiəmizi dəstəkləməyə hazır olan bütün dünya xalqlarını əhatə edən həm siyasi, həm də daha qlobal beynəlxalq tədbirlərə hazırlaşırıq. Hər şeyi görəcəksiniz", - deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, bazar ertəsi Şimali Avropa ölkələrinin liderlərinin görüşü baş tutacaq. Söhbət Böyük Britaniya, Finlandiya, Latviya, Litva, Estoniya, İslandiya, Hollandiya, İsveç və Norveç liderlərindən gedir.

Milli.Az