"Twitter" insan haqlarını qorumaq üçün məsuliyyət daşıyır - BMT

18 Dekabr 2022 11:11

"Twitter"in sahibi İlon Mask sosial şəbəkədə söz azadlığına hörmət etməkdən məsuldur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu özünün "Twitter" səhifəsində BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk yazıb.

Onun sözlərinə görə, platformada daha əvvəl bloklanmış jurnalistlərin hesablarının bərpası ilə bağlı xəbərlər sevindiricidir, lakin "ciddi narahatlıqlar qalmaqdadır".

"Twitter" insan haqlarını qorumaq üçün məsuliyyət daşıyır: İlon Mask söz azadlığı da daxil olmaqla, insan haqlarına hörmət edən qərarlar qəbul etməyi öhdəsinə götürməlidir. Bundan azı deyil", - deyə V.Türk bildirib.

Milli.Az