Müharibə yaxın aylarda başa çatmayacaq! - Rəsmi Kiyev

18 Dekabr 2022 09:37

Ukraynadakı müharibə yaxın 8 ayda başa çatmayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Aleksey Arestoviç bildirib.

Arestoviçin sözlərinə görə, uzanan münaqişə 2 il və daha çox davam edə bilər. Bəzilərinin proqnozlarından fərqli olaraq yaxın 2 ayda münaqişə başa çatmayacaq.

Arestoviç uzanan münaqişənin hamı üeçün təhlükəli olduğunu bildirib: "Uzanan münaqişəni heç kim xoşlamır. O həm də təhlükəlidir. Çin strateqi Sun Tsızı deyirdi ki, müharibə cəldliyi sevir".

Milli.Az