Yenə Prius, yenə qəza - FOTO

18 Dekabr 2022 09:17

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Bülbül prospekti ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində 2 "Toyota Prius" markalı minik avtomobil toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az