Həbib və atasının şəkilləri Qətərdəki qüllələrdə PEYDA OLDU

17 Dekabr 2022 22:21

Qətərdəki əkiz göydələnlərdə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov və mərhum atası Abdulmanap Nurməhəmmədovun şəkilləri peyda olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yüngül çəkidə keçmiş UFC çempionu sosial şəbəkədə Əl Cabir qüllələrinə baxan fotolar paylaşıb. Binaların işıqlandırılması bu şəkildə həyata keçirilir: fasadlarda döyüş mövqeyində olan Həbib və onun həm də məşqçi olan atasının təsvirləri əks olunub.

"Qatar təşəkkür edirəm" deyən idmançı fotoya imza atıb.

Xatırladaq ki, Abdulmanap Nurməhəmmədov 2020-ci ilin iyulunda koronavirusa yoluxduqdan sonra vəfat edib.

Milli.Az