Aİ daha 141 Rusiya vətəndaşına sanksiya tətbiq edib

17 Dekabr 2022 21:13

Doqquzuncu sanksiya paketi çərçivəsində Avropa İttifaqı Rusiyanın daha 141 fiziki və 49 hüquqi şəxsinə sanksiya tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar artlıq Aİ-nin "Rəsmi jurnal"ında dərc edilib. Ümulikdə Aİ-nin qara siyahısında Rusiyanın 1386 fiziki və 171 hüquqi şəxsinin adları yer alır.

Milli.Az